Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində bufetdə Rusiya bayrağı görüntülənib.
1xeber.media xəbər verir ki, bu barədə Euractiv yazır.
"Aİ liderləri danışıqlar apararkən, jurnalistlər və diplomatlar fasilə verib Avropa Şurasının bufetində qəlyanaltı yeyirlər, burada onları Rusiya bayrağı qarşılayır", - nəşr yazır.
Məqalə müəllifləri Rusiya bayrağının digər ölkələrin, o cümlədən İran, Çin və Ukraynanın bayraqlarının yanında asıldığını vurğulayırlar. Yayımlanan fotoda Belçika və Peru bayraqları arasında çələngə qoyulmuş Rusiya bayrağı əks olunub.