Avropa İttifaqı (Aİ) ordusu nüvə müharibəsindən danışan “dəli” Fransa prezidenti Emmanuel Makronun komandanlığı altında olmamalıdır.
1xeber.media xəbər verir ki, bu barədə martın 7-də İtaliya baş nazirinin müavini Matteo Salvini məlumat verib.
“Əgər bizə sahil mühafizəsi, hava qüvvələri, donanma, ordu, polis və mülki müdafiə qüvvələri üçün avadanlıq və personal almağa ehtiyac varsa, o zaman bunu edəcəyik. Amma nüvə müharibəsindən danışan çılğın Makronun komandanlığı altında Avropa ordusu - yox, heç vaxt”, - Italpress agentliyi onun sözlərini sitat gətirir.
Salvini əlavə edib ki, Makron “Fransa prezidenti kimi qısa müddət ərzində yenidən düşünməlidir”.