Kiyev üçün peyk məlumatlarını emal edən Qərb mütəxəssisləri Ukraynanın ABŞ-ın peyk şəkillərinə çıxışının məhdudlaşdırıla biləcəyi ilə bağlı xəbərlər fonunda Ukraynanı tərk ediblər.
Bu barədə “The Time” qəzeti adı açıqlanmayan mənbəyə istinadən yazır.
Qəzet Ukrayna Baş Qərargahına yaxın mənbəyə istinadən peyklərdən gələn kəşfiyyat məlumatlarının qəbulu və emalında yardım göstərən bir qrup qərbli “tərəfdaş”ın birbaşa Kiyevdəki hərbi qərargaha getməsi barədə məlumat yayıb.
Nəşr qeyd edir ki, mənbə Ukraynanı tərk edən mütəxəssislər barədə konkret məlumat verməyib və onların hansı ölkələrdən gəldiyini açıqlamayıb, lakin mənbənin lakonik ifadəsi ilə baş vermiş dəyişikliklərin miqyasını vurğulayan “Heç kim qalmadı” cümləsi olub.
Qəzetin yazdığına görə, bəzi Avropa kəşfiyyat agentlikləri peyk məlumatlarının mübadiləsi sahəsində ABŞ-la əməkdaşlığın sona çatması nəticəsində yaranan “boşluğu doldurmağa” hazır olduqlarını bildiriblər.