Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin direktoru vəzifəsindən azad olunub.
1xeber.media “Oxu.az”a istinadla xəbər verir ki, Muzey Mərkəzinin direktoru – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Liana Vəzirova vəzifəsindən azad edilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin binası Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Bina 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında Vladimir Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı Lenin Muzeyinin filialı kimi istismara verilib.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən, bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilib və Muzey Mərkəzi adını alıb.