Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə Səudiyyə Ərəbistanına səfər edəcək.
1xeber.media xəbər verir ki, bu barədə ukraynalı politoloq Aleksandr Semçenko Teleqram kanalında yazıb.
Zelenskinin Səudiyyə Ərəbistanı vəliəhdi ilə görüşəcəyi bildirilib.
18 fevralda Rusiya-ABŞ rəsmiləri Ər-Riyadda ilk görüşünü keçirmişdi. Bu danışıqlarla heç bir əlaqəsi olmadığının təsdiqi kimi Zelenski 19 fevrala Ərəbistana nəzərdə tutulan səfərini təxirə salmışdı.