Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu başa çatıb.
1xeber.media xəbər verir ki, bu barədə martın 11-də yerli “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
CBS müxbiri Cennifer Jacobs X sosial şəbəkəsində tərəflərin fasiləyə getdiyinə aydınlıq gətirib. Görüş daha sonra davam etdirilib.
İki ölkə arasında danışıqlar ötən gün Ciddə şəhərində başlayıb. Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals daxildir. Kiyevi Ukrayna prezidenti Vladimir Zelenskinin aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov və xarici işlər naziri Andriy Sıbiha təmsil ediblər.
Bundan əvvəl, martın 6-da ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff məlumat vermişdi ki, görüşün gündəliyinə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli prinsipləri və mümkün atəşkəs razılaşması daxildir.