Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov “AXMAT-Qroznı” OMON-un fəxri nişanı ilə təltif edilib.
1xeber.media xəbər verir ki, belə yüksək mükafat gəncə xidməti və döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı bölməyə göstərdiyi kömək və dəstəyə görə verilib.
Mükafatı dəstə komandiri Anzor Bisayev şəxsən təqdim edib.
Qeyd edilib ki, Adam Kadırov Çeçenistan rəhbərinin fərmanını rəhbər tutaraq, "Axmat-Qroznı" OMON-un üç zabitinə: Salambek Bisayev, Temirxan İnasalamov və Maqomed Mahalayevə "Konax, Çeçenistan Respublikasının Qəhrəmanı" yüksək titulları verib və bununla da onların müstəsna xidmətlərini qeyd edib.