İrana qarşı istənilən hücum sarsıdıcı cavabla qarşılanacaq.
1xeber.media xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlami deyib.
“Mən bütün düşmənlərə xəbərdarlıq edirəm ki, [İrana qarşı] reallaşan istənilən təhlükə sərt, qəti və sarsıdıcı cavabla qarşılanacaq”, - deyə baş komandan qeyd edib.
Salaminin bəyanatı Yəməndə vəziyyətin pisləşməsi ilə bağlı ABŞ-ın İrana qarşı təhdidlərinin növbəti dəfə artmasından sonra verilib.
Martın 15-də ABŞ prezidenti Donald Tramp ölkə silahlı qüvvələrinə Vaşinqtonun Tehrandan hərbi və maliyyə dəstəyi aldığını bildirən husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib.
. Martın 17-də ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mike Waltz bildirib ki, Vaşinqton Yəməndəki İran hədəflərini vura bilər.