Milli komandamızın müdafiəçisi Mert Çelik dünən baş tutan yoldaşlıq matçı çərçivəsində Belarusa 0:2 hesabı ilə uduzduqları oyundan sonra Azərbaycan xalqından üzr istəyib.
1xeber.media xəbər verir ki, jurnalistlərə açıqlamasında “Səbail”in müdafiəçisi bu matçda da azarkeşləri sevindirə bilmədikləri üçün məyus olduğunu bildirib:
“Bu matçda ən azından heç-heçəyə nail olmaq istəyirdik. Çalışırdıq ki, ən pis halda məğlub olmayaq. Təəssüf ki, alınmadı. Buna görə xalqımızdan üzr istəyirik. Onları yenə də sevindirə bilmədiyimiz üçün çox məyusuq”.
Mert Çelik Belarusla matçda məğlubiyyətə layiq olmadıqlarını deyib:
“Çox məyusuq. Bununla belə, irəli baxmaq lazımdır. Mütləq toparlanıb, gücümüzü göstərməliyik. DÇ-2026-nın seçmə mərhələsi öncəsi yayda daha iki yoxlama matçı keçirəcəyik. Ümid edirəm ki, o vaxta qədər çatışmayan cəhətlərimiz üzərində çalışıb, Latviya və Macarıstanla görüşlərə daha yaxşı vəziyyətdə çıxacağıq”.