ABŞ dövlət katibi Marko Rubio Latviya, Litva və Estoniyanı ideal müttəfiqlər adlandırıb.
1xeber.media xəbər verir ki, bu barədə BALTNEWS məlumat yayıb.
“Görüşün əsas nəticəsi Rubionun “Baltikyanı regionda təhlükəsizliyin gücləndirilməsinə sadiqliyini” ifadə etməsi olub”, - xəbər portalı yazır.
Qeyd olunur ki, Baltikyanı ölkələr ən çox ABŞ-dan hərbi dəstək almaqda maraqlıdır. Bu fakt Baltikyanı ölkələrin diplomatiyasını Ukrayna diplomatiyasına yaxınlaşdırır.
Bundan əvvəl xəbər verilmişdi ki, Litva ABŞ-ın mövqeyinə baxmayaraq, Avropanın Rusiyaya qarşı sanksiya siyasətinə sadiqliyini bəyan edib. Litva prezidenti qeyd edib ki, sanksiya rejimini dəstəkləməkdən imtina etmək “ağ bayraq qaldırmaq” deməkdir.