Çexiya 2025-ci ildə Ukraynaya ən azı 1,5 milyon artilleriya mərmisi göndərməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə martın 27-də Çexiya televiziyasına müsahibəsində respublikanın baş naziri Petr Fiala bildirib.
“Ukraynaya yardım olaraq, Çexiya bu ölkəyə “Çexiya döyüş sursatı təşəbbüsü” çərçivəsində, ən azı, vurğulayıram – ən azı, 2024-cü ildəkindən az olmayan artilleriya mərmisi, yəni 1,5 milyon ədəd”, - CTK onun sözlərini sitat gətirir.
2024-cü ilin yazında Çexiya Ukrayna üçün Avropada müxtəlif çaplı artilleriya mərmilərinin toplanması təşəbbüsü ilə çıxış edib.