ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Livanın şiə hərəkatı Hizbullah ilə əlaqəli olduğuna inandığı beş fiziki şəxs və üç quruma qarşı sanksiya tətbiq edib.
1xeber.media xəbər verir ki, müvafiq sənəd martın 28-də ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib.
Belə ki, Lebanese United Group SAL, Ravee Sarl və Securol Glass Curtains şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.
OFAC hesab edir ki, məhdudiyyət siyahısına daxil edilmiş şəxslər və qurumlar Livanda yerləşən və şiə hərəkatının maliyyə komandasına dəstək verən sanksiyalardan yayınma şəbəkəsində iştirak edirlər, Gazeta.RU xəbər verir.