İsrailin baş naziri Benyamin Netanyahu və onun macar həmkarı Viktor Orban ABŞ prezidenti Donald Trampla Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxma qərarını müzakirə etmək üçün danışıblar.
1xeber.media TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
“Netanyahu və Orban bu gün ABŞ prezidenti ilə Macarıstanın BCM-dən çıxmaq qərarı və bununla bağlı atılacaq gələcək addımlar barədə danışıb”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Macarıstanın baş nazirinin aparatının rəhbəri Qergeli Qulyas israilli siyasətçinin respublikaya səfəri fonunda ölkənin ICC sazişindən çıxacağını bəyan edib. Orban vurğulayıb ki, Macarıstan BCM-dən çıxacaq, çünki bu, İsraillə bağlı bütün son qərarlarından da göründüyü kimi siyasi alətə çevrilib.