ABŞ prezidenti Donald Trampın rüsumlar tətbiq etməsindən sonra Britaniya ABŞ ilə mümkün iqtisadi razılaşma ilə bağlı danışıqlar aparır.
1xeber.media xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bu barədə aprelin 4-də NATO Xarici İşlər Nazirlərinin iclasının ikinci günü ərəfəsində jurnalistlərə bildirib.
O, Britaniyanı böyük dəniz gücü və “açıq ticarətə inanan” ölkə adlandırıb.
"Hazırda biznes və sənaye nümayəndələri ilə məsləhətləşmələr aparırıq. İqtisadi razılaşma əldə etmək üçün ABŞ ilə danışıqlar aparırıq", - Lammi bildirib.
Britaniya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, danışıqların əsas məqsədi öz gəlirləri və iqtisadi rifahından narahat olan Britaniya xalqının maraqlarını təmin etməkdir.