Son on ildə Ukraynanın minə yaxın yaşayış məntəqəsinin adı ölkənin dekommunizasiya siyasəti çərçivəsində dəyişdirilib.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 10-da Ukrayna Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Dekommunizasiya qanunvericiliyi sayəsində ictimai ərazinin təmizlənməsi prosesinə başlanılıb, nəticədə minə yaxın əhalinin məskunlaşdığı ərazinin, o cümlədən 25 inzibati rayonun və 27 şəhər rayonunun adı dəyişdirilib”, - agentliyin saytında bildirilir.
2015-ci ildən Ukraynada dekommunizasiya haqqında qanun qüvvədədir, onun çərçivəsində abidələr sökülür və sovet tarixi ilə bağlı topoqrafik adlar ləğv edilir, Gazeta.Ru əlavə edir.