1xeber.media xəbər verir ki, aprelin 22-də Rusiya prezidenti Vladimir Putin Rusiyaya dövlət səfərində olan Oman sultanı Heysəm bin Tarek Əl Səidlə danışıqlar aparacaq. Bu barədə “Kremlin. News” Telegram kanalında məlumat verilib.
“Rusiya-Oman əməkdaşlığının gələcək inkişafının əsas istiqamətləri, o cümlədən ticarət-iqtisadi, maliyyə-investisiya, mədəni-humanitar sahələr, həmçinin beynəlxalq və regional gündəlikdəki aktual məsələlər müzakirə olunacaq”, - nəşrdə bildirilir.
Aprelin 12-də Omanda İran və ABŞ nümayəndələri arasında dolayı danışıqlar olub. İran tərəfini xarici işlər naziri Abbas Əraqçi, Amerika tərəfini isə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Moskva İranın nüvə proqramı ilə bağlı son danışıqları alqışlayır, lakin əldə edilə biləcək nəticələr əsasında onları qiymətləndirəcək.