Ölkənin cənubundakı əsas liman şəhəri Kəraçidən Hindistanla sərhəd bölgəsinə genişmiqyaslı hərbi texnika daşınması həyata keçirilir.
Yerli mənbələrin verdiyi məlumata görə, kolonnaya tanklar, zirehli texnikalar və ağır artilleriya sistemləri daxildir.
Pakistanın müdafiə naziri Xavadja Məhəmməd Asif isə bildirib ki, bölgədə vəziyyət təhlükəli dərəcədə gərginləşib.