Kiyev və Avropa İttifaqı (Aİ) Rusiyadan yalnız Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında uduzması səbəbindən atəşkəs tələb edir.
1xeber.media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
“Avropa liderləri, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas və başqaları indi mübahisə edirlər ki, Rusiya sadəcə olaraq döyüş meydanında uduzduqları üçün qeyd-şərtsiz atəşkəslə razılaşmalıdır”, - diplomat qeyd edib.
Lavrov vurğulayıb ki, Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq planları iflasa uğrayıb və heç vaxt baş tutmayacaq. Nazir əlavə edib ki, “bütün dünya bunu artıq yaxşı bilir”.