ABŞ prezidentinin xüsusi elçisi Steven Witkoff Rusiya lideri Vladimir Putini Ukrayna münaqişəsinin həlli çərçivəsində ərazi güzəştlərinə getməyə inandırmağa çalışıb.
1xeber.media xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
“Whitkoff Putini inandırmağa çalışdı ki, Rusiya hazırkı cəbhə xəttində döyüşləri dayandıracaq atəşkəsə razı olmalıdır”, - nəşr iddia edir.
Bu şərt Rusiyanın Zaporojya, Xerson vilayətləri və Donbassın Ukraynanın nəzarətindəki hissələrindən imtina etməsini nəzərdə tutur. Agentliyin məlumatına görə, Putin bu şərti rədd edib. Məqalədə qeyd edilir ki, ərazi məsələsi ilə bağlı danışıqlar dalana dirənib və Putinlə ABŞ prezidenti Donald Trampın birbaşa təması nəticəsində bu problemi aradan qaldırmaq olar.
Bundan əvvəl Tramp Ukrayna münaqişəsinin hazırkı inkişafını qiymətləndirərək, onun son mərhələdə olduğunu qeyd edib.