Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, 66 ilə söykənən Azərbaycan və Vyetnam tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı bu məsələyə xüsusi ilə toxunaraq bildirdi ki, “Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun bu ölkəyə səfəri Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Əlbəttə ki, Fransa işğalından, ABŞ ilə dəhşətli müharibədən, eləcə də digər dövlətlərin müdaxiləsindən sonra da, Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Ölkə başçı İlham Əliyevin də qeyd etdiyi kimi: “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”.
Azərbaycana idxal 35,4 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, bütün 2024-cü il ərzində ölkələr arasında ticarət əməliyyatlarının həcmi 223,9 milyon dollar təşkil edib ki, bu da iqtisadi əlaqələrin tədricən artdığını göstərir. Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Beynəlxalq Biznes Klubu arasında 2024- cü ildə sazişlərin imzalanması işgüzar əlaqələrin inkişafında mühüm addım oldu. Bu, iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin gücləndirilməsi və birgə layihələr üçün platformaların yaradılması məqsədi daşıyır.
Vyetnamda Azərbaycan Tarixi və Mədəniyyətinin Öyrənilməsi Mərkəzi, eləcə də iki ölkə xalqları arasında əlaqələrin genişləndirilməsinə yardım edən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Azərbaycan və Vyetnam da təhsil sahəsində əməkdaşlığa maraq göstərir ki, bu da tələbə və elmi kadr mübadiləsinə şərait yaradır.
Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Prezident İlham Əliyevin 2014- cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşü oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi fikirlərini ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilmişdir. Ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişaf etməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun özünəməxsus yeri var. Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin
tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprel ayında Heydər Əliyev Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Vyetnamda səfəri zamanı görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə, Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi təqdim edilmişdi. Həmçinin, səfər çərçivəsində Leyla Əliyeva Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşmüş, xalqlar arasında əlaqələr, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdi. Burada qeyd etmək lazımdır ki, Azərbaycan və Vyetnam qadınları qadın hüquqlarının müdafiəsi istiqamətində də əməkdaşlıq edir və bir-birilərini dəstəkləyirlər. Azərbaycan ilə Vyetnam arasında əlaqələr əsas sahələri – enerji, ticarət, nəqliyyat, elm, təhsil və mədəniyyət sahələrini əhatə etməklə ardıcıl şəkildə inkişaf edir.
Fikrət Sarıyev,
Sabirabad rayonu Cavad kənd Mədəniyyət evinin müdiri