Rusiya Ukraynada 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək.
1xeber.media xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov CNN telekanalına açıqlamasında deyib.
"Biz bu haqda düşünməliyik. Bu, yeni inkişafdır", - deyə o bildirib.
Kreml sözçüsünə görə, Moskvanın atəşkəs məsələsində öz mövqeyi var. Peskov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin “bir neçə gün əvvəl üç günlük atəşkəs elan edib”, lakin Kiyevdən bu addıma heç bir reaksiya verilməyib.