İran parlamentinin deputatı Kamran Qəzənfəri bu ölkənin prezidenti Məsud Pezeşkianı sərt tənqid edib.
1xeber.media xəbər verir ki, o, dövlət başçısını onları təhdid etdiyini və bir çox planların icrasına mane olmaqda ittiham edib.
Qəzənfəri sözlərini təsdiqləmək üçün İran Ali Təhlükəsizlik Şurasının iclasında baş verənləri misal göstərib. “Pezeşkian rejimi təhdid edir. Ali Təhlükəsizlik Şurasında hicabla bağlı müzakirə zamanı o, bildirib ki, əgər hicabın zorla geyindirilməsi məsələsi təsdiq edilərsə, istefa verəcək. Bununla da o, iqtidarın həyata keçirmək istədiyi bir sıra planları əngəlləyib”.