İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.
Bu barədə Ruslan Eldaroğlu özü 1xeber.media-ya özəl açıqlamasında məlumat verib.
Eyni zamanda R. Eldaroğlu Facebook sosial şəbəkəsində işdən ayrılması ilə bağlı status paylaşıb:
"Əziz dostlar.
Səhhətimlə əlaqədar olaraq, aprel ayının 1-dən öz xahişimlə İmişli Rayon İcra Hakimiyyəti başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən ayrılmışam. Yaxın dostlar, çevrəm bundan xəbərdardır. Hazırda ev şəraitində müalicə alıram. Bir neçə gündən sonra isə əməliyyat olunacam.
Mənə etimad göstərərək bu vəzifəyə təyin edən cənab başçı Elçin Rzayevə təşəkkür edirəm. İmişli RİH kollektivinə uğurlar arzu edirəm".