Görüşün mayın 15-nə təyin edilməsinə baxmayaraq, amerikalı nümayəndə heyəti Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar üçün İstanbula yalnız mayın 16-da gələcək.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib.
“Biz ABŞ dövlət katibi Marko Rubio ilə cümə günü, mayın 16-da İstanbula gələcəyik”, – Ağ Ev sözçüsü bildirib.
Bundan əvvəl məlum olub ki, Trampın xüsusi elçiləri Keyt Kelloq və Stiv Vitkoff Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda birbaşa danışıqlara gedəcəklər.
Eyni zamanda Ağ Ev rəhbəri bildirib ki, o, Rusiya lideri Vladimir Putinlə Türkiyədə görüşmək imkanını istisna etmir. O, cümə axşamı üçün cədvəlinin tam dolduğunu, lakin Ukrayna böhranının həlli ilə bağlı Rusiya prezidenti ilə şəxsən danışmağa vaxt tapmağa hazır olduğunu söylədi.