Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar zamanı Rusiya ilə müharibəyə son qoymaq üçün dərhal atəşkəs və sülh danışıqlarının aparılmasının zəruriliyi ilə bağlı Ankaranın mövqeyini vurğulayacaq
1xeber.media xəbər verir ki, bunu Türkiyə liderinin ofisi bildirib.
Kiyev əvvəlcə mayın 12-dən etibarən 30 günlük atəşkəs və ondan dərhal sonra birbaşa sülh danışıqlarının aparılmasında təkid etdi. Rusiya bu təklifi rədd edərək, mayın 15-də, özünün dediyi kimi, “ilkin şərt olmadan” danışıqların İstanbulda keçirilməsini təklif edib.
Bu gün səhər saatlarında AFP yüksək vəzifəli mənbəyə istinadən xəbər verib ki, Ukrayna prezidenti yalnız Ərdoğanla görüşdən sonra Rusiya ilə sülh danışıqlarında hansı addımların atılacağına qərar verəcək.