Papa XIV Leo bu gün – mayın 18-də inauqurasiya mərasimini başa vurduqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və birinci xanımı Yelena Zelenska ilə görüşüb.
Bu barədə Ukrayna lideri öz “Telegram” kanalında məlumat verib .
“İnaqurasiya mərasimindən sonra biz Papa XIV Leo ilə görüşdük. Onun Müqəddəsliyinə bu qəbul üçün təşəkkür edirik. Pontifik bütün dünyada milyonlarla insan üçün sülhə ümid rəmzidir. O, ölkəmizdə müharibənin dayandırılmasında mühüm rol oynaya bilər” – Zelenski bildirib.
“Vatikana Ukrayna və Rusiya arasında birbaşa danışıqlar üçün platforma rolunu oynamağa hazır olduqlarına görə təşəkkür edirəm. Biz real nəticələr uğrunda istənilən formatda dialoqa hazırıq. Ukraynaya verdiyiniz dəstəyə və ədalətli, davamlı sülhün müdafiəsində səsləndirdiyiniz dəqiq mövqeyinizə görə təşəkkür edirik,” – deyə Zelenski əlavə edib.