Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ağ Ev rəhbəri Donald Trampla telefon danışığının əvvəlində Rusiya prezidenti Vladimir Putini nəvəsinin doğulması münasibətilə təbrik edib.
1xeber.media xəbər verir ki, bnun sözlərini RİA Novosti yayıb.
Uşakov qeyd edib ki, Putin yeni doğulan körpəyə sağlamlıq arzulayır. Bundan əlavə, Rusiya prezidenti Trampın oğlan uşağı dünyaya gətirən qızı Tiffaniyə ən xoş arzularını çatdırıb.
Mayın 15-də Tramp on birinci dəfə baba olub. Tiffani Tramp sosial şəbəkədə "Dünyaya xoş gəlmisiniz, şirin balaca oğlumuz Alexander Trump Bulus" yazıb.