Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp telefon danışığı zamanı son məhbus mübadiləsini müzakirə ediblər.
1xeber.media xəbər verir ki, bu barədə mayın 19-da Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Xüsusən, iki ölkə arasında məhbus mübadiləsindən bəhs edilib. Bu, mühüm humanitar aksiyadır, son aylarda bir neçə oxşar aksiya artıq həyata keçirilib", - o, jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda doqquzdan doqquza insan mübadiləsi üzərində iş aparılır.