Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlarda tərəflərin razılaşdığı genişmiqyaslı əsir mübadiləsinin təşkili vacibdir.
1xeber.media xəbər verir ki, bu barədə mayın 20-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiya”nın münaqişənin həllinin gələcək perspektivləri ilə bağlı sualını cavablandırarkən bildirib.
“İndi mayın 16-da İstanbulda razılaşdırılmış şeyi həyata keçirmək vacibdir – 1000 nəfər üçün 1000 düsturuna əsasən üç il ərzində ən böyük məhbus mübadiləsinin təşkili və tərəflərin mümkün gələcək nizamlanma prosesinə dair yazılı yanaşmalarını təmin etmək”.
Zaxarovanın sözlərinə görə, tərəflərin əldə etdiyi razılaşmaların Türkiyədə həyata keçirilməsi nəzərə alınmaqla nizamlanma istiqamətində gələcək addımlar hazırlanacaq.