"The Rich also Cry" və "Wild Rose" seriallarının aktrisası Aurora Klavel 88 yaşında Meksikada vəfat edib.
1xeber.media xəbər verir ki, bu barədə El Imparcial nəşri məlumat yayıb.
“Meksika kinosu və televiziyasındakı karyerası ilə tanınan aktrisa Aurora Klavel 88 yaşında vəfat edib. “Onun ölümü ilə bağlı məlumatı ailə üzvləri təsdiqləyib”, - 19 may tarixli nəşrdə deyilir.
Nəşr qeyd edib ki, sənətçinin ölüm səbəbi hələlik açıqlanmayıb.
Klavel 1936-cı ildə anadan olub. Gənc yaşlarından aktyorluğa maraq göstərməsi onu sənət karyerasına başlamağa sövq edib. Aktrisa əsl şöhrəti 1979-cu ildə Meksikanın "Zənginlər də ağlayır" serialında və 1987-ci ildə "Vəhşi gül" serialında oynadığı zaman qazandı.