Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Əl Hüseynə təbrik məktubu ünvanlayıb.
1xeber.media məktubun mətnini təqdim edir:
"Əlahəzrət,
İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".