Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.
1xeber.media quruma istinadən xəbər verir ki. görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, biznes missiyalarının təşkili, işgüzar əlaqələri təşviq edən platformaların təkmilləşdirilməsi barədə müzakirələr aparılıb.
Həmçinin nəqliyyat dəhlizlərinin ticarət əlaqələrinin gücləndirilməsində rolu barədə fikirlər bölüşülüb.