Zaxarova NATO Ukraynada görünsə Rusiyaya qarşı müharibəyə girəcək
Şimali Atlantika Alyansının (NATO) qüvvələrinin Ukrayna ərazisində görünməsi Rusiyaya qarşı müharibəyə girmək demək olacaq. Bu bəyanatla noyabrın 21-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.
O, Estoniyanın xarici işlər naziri Marqus Tsaxnanın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təklif etdiyi sülh sazişinə görə Ukraynaya hərbçilərin göndərilməsinin zəruriliyi ilə bağlı bəyanatını belə şərh edib.“Başa düşmürəm, ola bilsin ki, onlar NATO kontingentinin Ukrayna ərazisində görünməsinin alyansın ölkəmizə qarşı müharibəyə girməsi demək olacağını anlamırlar”, - Zaxarova brifinqdə deyib.