Fransa Prezidenti Emmanuel Makronun təyyarədə həyat yoldaşı Bricit Makron tərəfindən şillələnməsi öz ölkəsində də gülüş obyektinə çevrilib.
1xeber.media xəbər verir ki, sosial mediada yayılan reklam lövhəsində Makronun məzəli fotosu yerləşdirilib.
Belə ki, Fransada fəaliyyət göstərən idman zallarından birinin reklam lövhəsində yenicə “şillə zərbəsi almış” Makronun əli üzündə fotosu əks olunub və altından qeyd edilib:
“Arvadınız sizi döyür? Özünümüdafiə üçün bizim dərslərimizə qatılın!”