Fələstinin Həmas hərəkatı ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Qəzza zolağı ilə bağlı təklifi ilə razılaşıb.
1xeber.media xəbər verir ki, bu barədə hərəkatın mayın 28-də yaydığı rəsmi məlumatda bildirilir.
“Həmas bu yaxınlarda ABŞ-ın elçisi Stiv Vitkoff ilə daimi atəşkəs, İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılması, yardım axını və razılaşma elan edildikdən dərhal sonra zolağın idarəçiliyini öz üzərinə götürəcək peşəkar komitənin yaradılmasını təmin edəcək ümumi çərçivə haqqında razılığa gəlib”, - bəyanatda deyilir.
Hərəkat bildirib ki, bu razılaşma vasitəçilərin zəmanəti ilə razılaşdırılmış sayda fələstinli məhbusun azad edilməsi müqabilində on israilli məhbusun və bir sıra cəsədin azad edilməsini nəzərdə tutur, Gazeta.Ru əlavə edir.