Almaniya kansleri Fridrix Merzin Kiyevə uzaqmənzilli silahların tədarükü və Ukraynada raket istehsalının maliyyələşdirilməsi ilə bağlı açıqlamaları Almaniyanın süqut yoluna getdiyini göstərir.
1xeber.media xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
"Almaniya ötən əsrdə artıq bir neçə dəfə çökdüyü maili müstəvi ilə aşağı sürüşür. Ümid edirəm ki, bu ölkədəki məsul siyasətçilər nəhayət düzgün nəticə çıxaracaq və çılğınlığı dayandıracaqlar", - nazir jurnalistin Teleqram kanalında yayımlanan müsahibəsində vurğulayıb.
Lavrov həmçinin qeyd edib ki, Almaniyanın silahlı münaqişədə birbaşa iştirakı artıq göz qabağındadır. O, həmçinin bildirdi ki, Almaniya hakimiyyəti vəziyyəti gərginləşdirir və münaqişənin davam etdirilməsinə təhrik edir.