İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi, jurnalist Ceyhun Musaoğluna ağır itki üz verib.
1xeber.media xəbər verir ki, onun qardaşı Elnur Musayev vəfat edib.
40 yaşlı E. Musayev uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
O, Azərbaycan Həmkarlar İttifaqları Komissiyasının əməkdaşı idi.
E. Musayev sabah Mehdiabad qəsəbəsində dəfn olunacaq.
1xeber.media rəhbərliyi və kollektivi adından dərin hüznlə başsağlığı verir və mərhumun ailəsinə səbr diləyirik.
Allah rəhmət eləsin!