İranın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri İranın Safedkuh şəhərindən 124 kilometr cənub-şərqdə yerləşib.
Yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.