Rusiyanın Stavropol şəhərində partlayış baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, yaşayış binasının yanında baş verən partlayış nəticəsində iki nəfər ölüb.
Rusiya mətbuatının yazdığına görə, ölənlərdən biri rus ordusunun mayoru, Mariupolun bombardman edilməsinə komandanlıq etmiş Zaur Qurtsiyevdir.
İstintaq hadisənin terror versiyasını araşdırır.
Qeyd edək ki, Zaur Qurtsiyev Ukraynanın "Mirotvorets" (myrotvorets.center) bazasına daxil edilib.
Н