Rusiya prezidentinin köməkçisi Vladimir Medinski İstanbuldakı danışıqlar qrupuna rəhbərlik edib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Medinski prezidentin köməkçisidir və bizim nümayəndə heyətimizə rəhbərlik edir. Bu, özlüyündə izahlı mövqedir", - Kremlin sözçüsü jurnalistlərin müvafiq sualına cavab verib.
Medinski daha əvvəl İstanbulda keçirilən danışıqların ikinci raundunun yekunlarına görə Ukrayna ilə bağlı Rusiyanın memorandumunu dərc etmək qərarına gəlib.