Macarıstanı gözdən salmaq üçün xaricdən maliyyələşdirilən kampaniyalar güclənəcək.
1xeber.media xəbər verir ki, bunu iyunun 3-də ölkənin baş naziri Viktor Orban deyib.
Macarıstan Müdafiə Şurasının iclasında o bildirib: “Macarıstana qarşı təhlükəsizlik əməliyyatları və ölkəni gözdən salmaq üçün xaricdən maliyyələşdirilən kampaniyalar güclənəcək”.
Orban əlavə edib ki, ABŞ prezidenti Donald Trampın səylərinə baxmayaraq, Avropa getdikcə Ukraynadakı münaqişəyə cəlb olunur. Brüssel bürokratları Amerikanın sülh planlarını dəstəkləmir; onlar Kiyevin hərbi əməliyyatlarını davam etdirməsinə üstünlük verirlər.