Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya nümayəndə heyətini təhqir etməsi yöndəmsiz və təəssüf doğurur.
1xeber.media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov jurnalistlərin sualını cavablandırarkən “Bu yöndəmsiz, təəssüf doğuran bəyanatdır” deyib.
Onun sözlərinə görə, Ukrayna liderinin bu cür bəyanatları danışıqların ruhuna uyğun gəlmir.
Daha əvvəl Peskov Rusiya və Ukraynanın İstanbulda reallaşacaq danışıqlarda mühüm razılaşmalar əldə edə bildiyini bildirib.