İran Prezidenti Məzud Pezeşkian Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib.
1xeber.media xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, İran prezidenti Bakıya səfərinə toxunub və səfərinin Azərbaycan Respublikası ilə əlaqələrdə müsbət sıçrayış səbəb olduğunu vurğulayıb.
Qeyd edək ki, Müctəba Dəmirçili İranın Azərbaycandakı səfiri təyin edilib.