2025-ci il 2 iyun tarixindən etibarən Türkiyə üzrə bütün yanacaqdoldurma məntəqələrində Ulusal Taşıt Tanıma Sistemi (UTTS) üzərindən satış tətbiqi rəsmi olaraq qüvvəyə minib.
1xeber.media xəbər verir ki, yeni qaydalara əsasən, sistemdə qeydiyyatdan keçməmiş və Taşıt Tanıma Birimi (TTB) quraşdırılmamış nəqliyyat vasitələrinə yanacaq satışı qeydə alınmayacaq.
Petrol Ürünleri İşverenler Sendikası (PÜİS) Başqanı İmran Okumuşun daha əvvəl elan etdiyi kimi, kirayə və ya şirkət adına qeydiyyatda olan kommersiya nəqliyyat vasitələrinin sahibləri 2 iyuna qədər qeydiyyat prosesini tamamlamalı, ən geci 30 iyuna qədər isə TTB quraşdırılmasını təmin etməli idilər.
Benzin və dizel yanacaqdan fərqli yanacaqla çalışan nəqliyyat vasitələri üçün isə müvəqqəti azadolma tətbiq ediləcək. Bu nəqliyyat vasitələrinə 1 iyuldan başlayaraq, 31 dekabr 2025-ə qədər TTB qurmaq üçün vaxt veriləcək.