Bu ilin yanvar-may aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 33 milyard 911,104 milyon manat təşkil edib.
1xeber.media BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,2 dəfə artaraq 12 989 olub.
BFB-nin dövriyyəsinin 85,7 %-i, yaxud 29 milyard 70,956 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 2,75 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 9,55 % artaraq 3 milyard 563,917 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 50,7 % artaraq 1 milyard 276,231 milyon manat olub.