Uruqvayın sabiq prezidenti Xose Muxika vəfatından əvvəlki son müsahibəsini azərbaycanlı tədqiqatçı Fərəc Abasova və müsahibənin prodüseri Kamran Aydinova vermişdir.
1xeber.media xəbər verir ki bu müsahibə insan dəyərləri və həyat təcrübəsinə dair dərin fəlsəfi söhbət olmuşdur.
Gənc alim Fərəc Abasov https://www.instagram.com/abasov_faraj/ beynəlxalq münasibətlər üzrə fəlsəfə doktorudur. Beynəlxalq münasibətlər və iqtisadiyyat sahəsində 30-dan çox məqalə və kitabın müəllifidir. Tədqiqatçı maarifləndirici xarakter daşıyan video müsahibələri ilə tanınır.
Layihənin prodüseri Kamran Aydinov https://www.instagram.com/kamranaydinov/ Oskar və Kann festivallarına təqdim olunmuş filmlərin prodüseri kimi tanınır və prayk.com platformasının yaradıcısı və təsisçisidir.
Sadə yaşam tərzi ilə tanınan Xose Muxika 90 yaşına bir həftə qalmış — 2025-ci il mayın 13-də, 89 yaşında dünyasını dəyişib.