ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqları zamanı ABŞ və İran arasındakı siyasi böhranı diplomatiya yolu ilə həll etmək niyyətində olduğunu bildirib.
1xeber.media xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrə istinadən Axios məlumat yayıb.
“Tramp Netanyahuya deyib ki, iranlılar inadkardırlar və onların davranışından məyusdurlar, lakin o, onların razılığa gəlməyə inandırıla biləcəyinə inanır və danışıqların növbəti raundunda nə baş verəcəyini görmək istəyir”, – nəşr mənbələrdən sitat gətirir.
Axiosun sözlərinə görə, İsrailin baş naziri ilə söhbətində Tramp problemi “bombalarla deyil, danışıqlar yolu ilə” həll etmək istəyini vurğulayıb.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bir müddət əvvəl ABŞ-ın İranla razılaşmaya “ciddi diqqət yetirdiyini” bildirmişdi.