İsrail ordusunun rəhbərliyinin brifinqi İranın Təl-Əvivə hücumu səbəbindən yarımçıq dayandırılıb.
1xeber.media xəbər verir ki, bu barədə “Yerusəlim Post” nəşri məlumat yayıb.
Belə ki, İsrail Müdafiə Qüvvələrinin rəsmisi Effie Defrinin jurnalistlərin suallarını cavablandırarkən, səsgücləndirici ilə elan səsləndirildiyi və daha sonra yayımın dayandırıldığı bildirilib.