Rusiya İran nümunəsindən başa düşməlidir ki, ABŞ-a etibar etmək olmaz.
1xeber.media xəbər verir ki, ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter Rusiyaya belə müraciət edib.
"Rusiya hansı nəticəni çıxara bilər? Ən bariz olanı: ABŞ-a etibar etmək olmaz. İran onlarla dialoq qurmağa çalışdı və belə oldu".
Onun sözlərinə görə, Vaşinqton razılaşma əldə etmək istəyindən danışanda, bu, ən çox ABŞ-ın “zərbə vurmaq üçün uyğun anı gözlədiyi” anlamına gəlir. Ekspert vurğulayıb ki, İran və İsrail arasındakı münaqişə bütün dünya üçün sınaq olacaq.
Bundan əvvəl Ritter bildirib ki, İranın İsrailə raket zərbələri “düşməni hiss etmək” məqsədi ilə həyata keçirilib. Onun fikrincə, Tehran ən azı daha 5-6 raket hücumu həyata keçirəcək.