İkinci qrup ruslar İrandan Azərbaycana təxliyə edilib.
1xeber.media xəbər verir ki, bu barədə iyunun 14-də Rusiyanın Bakıdakı səfirliyindən məlumat verilib.
“Hazırda 88 nəfərdən 56-sı Azərbaycan Respublikası ərazisindədir”, - deyə diplomatik nümayəndəlikdən TASS-a bildiriblər.
Səfirlikdən verilən məlumata görə, sərhəd keçidi davam edir. Rusiya tərəfi həmçinin Rusiya vətəndaşlarının təxliyəsi və sonradan oteldə yerləşdirilməsi üçün nəqliyyatın təmin edilməsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkürünü bildirib.